Elmi Şuranın yaradılması gənc alimləri stimullaşdıracaq

Elmi Şuranın yaradılması gənc alimləri stimullaşdıracaq

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin nəzdində ictimai əsaslarda yaradılmış Elmi Şura Mərkəzin işçilərinin elmi-təşkilati və tədqiqat fəaliyyətinə rəhbərliyi həyata keçirəcək.
Elmi Şuranın əsas məqsədləri Mərkəzin işçilərinin elmi tədqiqat işlərini ölkənin tibb və əczaçılıq sahəsinin mühüm problemlərinə, inkişaf dinamikasının yüksəldilməsinə doğru istiqamətləndirməkdir. Həmçinin Azərbaycanda və xarici ölkələrdə tibb və əczaçılıq sahəsində elmi tədqiqat işlərinin təşkili və aparılması təcrübəsinin öyrənilməsi, elmi problemlərin müzakirəsinə həsr olunmuş tədbirlərin həyata keçirilməsi, elmi işlərin və layihələrin ekspertizasının təşkili və elmi nailiyyətləri özündə əks etdirən elmi əsərlərin, metodik tövsiyələrin hazırlanması və nəşr edilməsi məsələlərinin tənzimlənməsidir.
Ümidvarıq ki, bu yolda atılan addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcək, elmi nailiyyətləri və fəallığı ilə fərqlənən işçilərin həvəsləndirilməsində, eləcə də gənc alimlərin yetişməsində stimul rolu oynayacaq.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova