İstifadə müddəti bitmiş “Pfizer” vaksinləri utilizasiya üçün geri alınıb
Yeni növ koronavirus (COVID-19) əleyhinə “Pfizer/Biontech” peyvəndlərinin istifadə müddəti dekabrın 31-də bitmiş nümunələri müvafiq peyvənd məntəqələrdən utilizasiya üçün geri alınıb. Vaksinlərin geri yığılması prosesinə onların istifadə müddətinin bitməsinə bir həftə qalmış başlanılıb.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumatda həmçinin qeyd olunub ki, hazırda vaksinasiya məntəqələrində tətbiq olunan “Pfizer/Biontech” peyvəndlərinin istifadə müddəti martın 22-nə qədərdir.