“Lozap®” ticari adlı dərman vasitələri geri çağırılıb

“Lozap®” ticari adlı dərman vasitələri geri çağırılıb

“Sanofi” şirkəti özünün apardığı tədqiqatlara əsasən, “Lozap®” ticari adlı preparatının iki seriyasını geri çağırıb.
Belə ki, losartan potassium - 50 mq tərkibli örtüklü tabletlər №30 (3x10) blisterdə, karton qutu qablaşdırmada “Lozap” preparatının son istifadə tarixi bu il iyunun 1-dək olan 2660720 seriyası və son istifadə tarixi gələn il yanvarın 1-dək olan 2130221 seriyası satışdan çıxarılıb. Buna səbəb dərman vasitələrinin tərkibində azid duzu qatışıqlarının yol verilən gündəlik maksimum limitdən çox olması ehtimalıdır.
Həmin ehtimalı nəzərə alaraq, 2660720 və 2130221 seriyalı “Lozap®” ticari adlı dərman vasitələrinin geri çağırılması qərarı qəbul edilib, onun ölkəyə idxalı, ölkədə topdan və pərakəndə satışı dayandırılıb.
Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova