Hamilələr, süd verən analar və dağınıq skleroz xəstələri əks-göstəriş sertifikatını elektron qaydada ala bilərlər

Hamilələr, süd verən analar və dağınıq skleroz xəstələri əks-göstəriş sertifikatını elektron qaydada ala bilərlər

Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinlərə qarşı əks-göstərişləri olan bəzi vətəndaşlar müvafiq sertifikatları “Elektron səhiyyə” mobil tətbiqi vasitəsilə əldə edə bilərlər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hamilə qadınlar və süd verən anaların, həmçinin dağınıq sklerozdan əziyyət çəkən vətəndaşların əks-göstəriş sertifikatını almaq üçün həmin tətbiq vasitəsilə Səhiyyə Nazirliyinə müraciət etmək imkanı yaranıb.
Müraciət etdikdən sonra vətəndaş qeyd olunmuş hal üzrə müvafiq registrlərdə mövcud olduğu təqdirdə, onun əks-göstəriş sertifikatı avtomatik olaraq mobil tətbiqdə əks olunacaq. Vətəndaşlar qeyd olunmayan digər diaqnozlar üzrə əks-göstəriş sertifikatı almaq üçün, əvvəlki kimi, ərazi üzrə qeydiyyatda olduqları poliklinikalara müraciət edə bilərlər.
"Elektron səhiyyə" mobil tətbiqini Android əməliyyat sistemli cihazlarda “Google Play”dən, İOS əməliyyat sistemli cihazlarda isə “APP Store”dan asanlıqda yükləmək mümkündür.
Qeyd edək ki, vətəndaşların "Elektron səhiyyə" mobil tətbiqindən qeydiyyatı "ASAN login"ə inteqrasiya olunub.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova