İnfeksion xəstəlik aşkarlanan məktəblərin ərazisi ocaqlı dezinfeksiya olunur

İnfeksion xəstəlik aşkarlanan məktəblərin ərazisi ocaqlı dezinfeksiya olunur

Səhiyyə Nazirliyi Bakı Şəhər Dezinfeksiya Mərkəzinin baş həkimi Akif Məmmədov onlayn müsahibəsində təhsil müəssisələrində dezinfeksiya işləri barədə məlumat verib.

- Rəhbərlik etdiyiniz mərkəz dezinfeksiya işlərini harada və necə aparır?
- Həyata keçirdiyimiz dezinfeksiya işləri məqsədindən asılı olaraq ocaqlı və profilaktik kimi iki qrupa bölünür. Ocaqlı dezinfeksiyada infeksion xəstəlik keçirmiş xəstənin olduğu yer dezinfeksiya edilir. Profilaktik dezinfeksiyadan isə infeksion xəstəliyin yaranmasının qarşısını almaq üçün istifadə olunur. Bu məqsədlə virus və bakteriyaların daha çox yayılmasına səbəb olan yerlər - əhalinin sıx məskunlaşdığı ərazilər, məktəblər, müəssisələr dezinfeksiya edilir.

- Dezinfeksiya zamanı istifadə edilən maddələr hansı xüsusiyyətlərə malik olmalıdır?
- Dezinfeksiyaedici maddələr mikroorqanizimləri, yəni xəstəliklərin törədicisi olan virus və bakteriyaları qısa müddətdə məhv edə bilməli, eyni zamanda, insan orqanizmi üçün zərərsiz olmalıdır.

- Hazırda məktəblərdə dezinfeksiya işləri hansı üsulla və tezliklə aparılır?
- Adətən təhsil müəssisələrində dezinfeksiya nəm üsulla həyata keçirilir. Bu üsulda dezinfeksiya işləri aparıldıqdan 2 saat sonra yeri nəm dəsmalla silinməlidir. Dezinfeksiya məqsədilə bromoseptdən istifadə olunur. Bu zaman sinif otaqları, partalar, pəncərə altlıqları, pilləkən tutacaqları dezinfeksiya edilir. Bu işlər profilaktika məqsədilə həftədə bir dəfə aparılır. Ancaq məktəbdə infeksion xəstəlik aşkar olunarsa, həmin ərazi ocaqlı dezinfeksiya edilir. Bunlarla yanaşı, məktəblərdə növbələr arası cari dezinfeksiya işləri də aparılmalıdır.

- İstifadə olunan dezinfektantların insan sağlamlığına hər hansı bir zərəri varmı?
- Bu maddələr normalda insan orqanizmi üçün zərərsizdir, amma ehtiyatsızlıq nəticəsində ələ dəysə, və yaxud da hər hansı nahiyə ilə təmas etsə, ziyanı ola bilər. Əldə, dəridə qaşınma, qızartı, gözdə göynəmə hissi yarana bilər.

- Dezinfeksiyaedici maddələrdən istifadə zamanı nələrə diqqət yetirilməlidir?
- Əsasən təhlükəsizlik qaydalarına fikir vermək lazımdır. Bunun üçün ilk öncə bu işi görən işçilər xüsusi geyimlərdən (xüsusi əlcək, maska, eynəklərdən) istifadə etməlidirlər. Digər insanların təhlükəsizliyi üçün də müvafiq əməkdaşlar təlimatlandırılır.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova