Psixotrop maddələrin apteklərdən buraxılması üzrə təlimatlandırma aparılıb

Psixotrop maddələrin apteklərdən buraxılması üzrə təlimatlandırma aparılıb

Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi məqsədilə və cinayətkar fəaliyyətin qarşısının alınması şərti ilə yol verilir. Analitik Ekspertiza Mərkəzi əczaçılıq sahəsində tənzimləyici orqan kimi “Zeytun Pharmaseuticals” Məhdud Məsuliyyətli Cəmiyyətinin aptek şəbəkəsinin psixotrop dərman vasitələrinin satışına xüsusi icazə almış apteklərinin provizorları və məsul şəxsləri üçün təlimatlandırma təşkil edib.
Mərkəzin Əczaçılıq subyektləri ilə iş şöbəsinin müdiri və müfəttişləri əczaçılara müxtəlif təlimatlar veriblər.
Qeyd olunub ki, psixotrop dərman preparatları üçün resept nüsxələri Səhiyyə Nazirliyinin təsdiq etdiyi formada, bütün bölmələri aydın xətlə doldurulmaqla, latın və ya Azərbaycan dilində yazılmalıdır. Psixotrop dərman preparatlarına aid yazılmış reseptlər 15 gün müddətinə etibarlıdır. Fərdi tibbi fəaliyyətlə məşğul olan psixiatrlara psixotrop dərman preparatlarına aid güzəştli reseptlər yazmaq qadağandır. Həmçinin əczaçılara izah edilib ki, xroniki xəstələrə psixotrop dərman preparatları üçün resept nüsxəsi 1 ay müddətinə yazıla bilər, həm də reseptdə "xüsusi göstəriş" sözləri yazılmalı, həkimin imzası ilə və müalicə müəssisəsinin möhürü ilə təsdiq olunmalıdır. Miqdarı barədə hesabatı aparılan psixotrop dərman preparatları yazılan resept nüsxələri, qaimə və tələbnamələr dərman buraxan müəssisələrdə 1 il müddətində saxlanılmalı və sonra müvafiq qaydada akt tərtib olunaraq məhv edilməlidir.
Təlim zamanı iştirakçıların sualları da cavablandırılıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova