“Dərman vasitələri haqqında” Qanuna dəyişikliklər edildi

“Dərman vasitələri haqqında” Qanuna dəyişikliklər edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin qəbul etdiyi “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanunu təsdiqləyib.
Sənədin birinci maddəsinə farmakonəzarət, dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqə, həmin vəsiqənin sahibi, xüsusi nəzarətdə olan dərman vasitəsi, dərman vasitələrinin ekspertizası, geri çağırılması, təsnifatlaşdırılması, tibb işçisini məlumatlandırma məktubu anlayışlarının şərhi əlavə olunub.
4-cü maddədə dərman vasitələrinin dövlət tənzimlənməsi üsullarına “dərman vasitələrinin farmakonəzarətinin təşkili”, müvafiq qurumun fəaliyyətinə isə dərman vasitələrinin farmakonəzarətini, təsnifatlaşdırılmasını və ekspertizasını həyata keçirmək, xüsusi nəzarətdə olan dərman vasitələrinin siyahısını tərtib etmək funksiyaları əlavə edilib.
Qanuna əlavə olunan 4.3-1-ci maddəyə əsasən, dərman vasitələrinin keyfiyyətli, effektiv və təhlükəsiz olmadığına dair əsaslandırılmış faktlar müəyyən edildikdə müvafiq icra hakimiyyəti orqanı həmin dərman vasitələrinin dövlət qeydiyyatına alınmasını və bu Qanunun 6.5-ci maddəsinə uyğun olaraq dövlət qeydiyyatına alınmayan dərman vasitələrinin isə Azərbaycan Respublikasında tətbiqini qadağan edir.
Daha bir dəyişiklik dövlət qeydiyyatı məqsədi ilə dərman vasitələrinin və onların istehsalında istifadə edilən dərman maddələrinin ölkəmizə idxalı qaydalarını tənzimləyir.
Qanuna həmçinin beynəlxalq və ya regional idman yarışları zamanı iştirakçı dövlətlər tərəfindən həmin dövlətlərin idmançıları və şəxsi heyətinin istifadəsi üçün nəzərdə tutulan dərman vasitələri ilə bağlı bənd, “Dərman vasitələrinin ekspertizası” adlı maddə və digər əlavələr olunub.
Prezident İlham Əliyev yeni qanunun tətbiqi haqqında Fərman da imzalayıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova