Nazirlər Kabinetində dərmanlara nəzarətlə bağlı iclas keçirilib

Nazirlər Kabinetində dərmanlara nəzarətlə bağlı iclas keçirilib

Nazirlər Kabinetində dərman vasitələrinin qeyri-qanuni dövriyyəsinə, keyfiyyətinə və təyinatı üzrə istifadəsinə nəzarət məsələləri ilə bağlı iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi toplantıda müvafiq dövlət qurumlarının rəhbərləri və nümayəndələri dərmanların idxalı və keyfiyyətinə dair müzakirələr aparıblar.
İclasda çıxış edən Baş nazirin müavini Əli Əhmədov dərman vasitələrinin dövlət tərəfindən qiymətlərinin tənzimlənməsi haqqında Azərbaycan hökuməti qərarının vətəndaşların sağlamlığına xidmət etdiyini, ölkə vətəndaşlarının bunu yüksək qiymətləndirdiyini bildirib. Bir neçə gün əvvəl saxta dərman satışı ilə məşğul olan bir qrup şəxsin ifşa edildiyini xatırladıb.
Əhalinin sağlamlığının qorunması istiqamətində görülən işlərdən danışan Əli Əhmədov deyib ki, Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi xüsusi diqqət bu sahədə xeyli irəliləyişə səbəb olub, tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqla təchiz olunmasını, eləcə də vətəndaşlara pulsuz dərman vasitələrinin və preparatların verilməsini təmin edib. Nəticədə, ölkəmizdə orta ömür müddəti uzanıb, yaşlı insanların sayı çoxalıb. Bununla belə, dərman bazarına keyfiyyətsiz məhsulların daxil olması barədə məlumatların olduğunu deyən Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanda saxta dərman satışına qarşı mübarizə qətiyyətlə davam edəcək.
Əli Əhmədov bildirib ki, dünyada saxta dərman problemi geniş yayılıb və buna qarşı mübarizə aparılır. Eyni zamanda, Azərbaycanda da saxta dərman satışına qarşı ciddi mübarizə tədbirləri görülür.
Baş nazirin müavini dərman istehsalı və satışı ilə məşğul olan müəssisələrin fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən yaradılan şəraitdən danışıb və bundan sonra da onlara hər zaman kömək olunacağını diqqətə çatdırıb.
Tədbirdə ölkəmizin dərman bazarında keyfiyyətsiz və qeydiyyatdan keçməyən preparatların mövcud olduğu bildirilib və bu cür mənfi hallara qarşı ciddi mübarizə tədbirləri görməyin vacibliyi vurğulanıb.
Sonda aparılan müzakirələrin nəticəsi olaraq dərman bazarında mənfi hallara qarşı ciddi mübarizə tədbirlərinin görülməsi ilə bağlı təkliflərin hazırlanması üçün işçi qrupun yaradılması qərara alınıb.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova