ÜST İcraiyyə Komitəsinin sessiyası

ÜST İcraiyyə Komitəsinin sessiyası

Cenevrədə (İsveçrə) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İcraiyyə Komitəsinin 140-cı sessiyası keçirilib.

ÜST-nin bu yüksək qurumu səhiyyə sahəsində mütəxəssis olan, üç il müddətinə seçilən 34 üzvdən ibarətdir. Komitə üzvləri dünya səhiyyəsi qarşısında duran aktual məsələləri müzakirə edir, qlobal miqyasda sağlamlıq problemlərinin çözülməsi üçün yollar arayır, qərarlar qəbul edirlər.
140-cı sessiya çərçivəsində müzakirəyə çıxarılan əsas mövzular qeyri-infeksion xəstəliklər, başlıca dərman vasitələri və səhiyyə texnologiyaları, tibbi kadrlar, Davamlı İnkişaf Məqsədləri, vaksinlər, vaksin onilliyi – 2011-2020-ci illər üçün Vaksinlər üzrə Qlobal Fəaliyyət Planı, poliomielit, mikrob əleyhinə preparatlara dayanıqlılıq və digər məsələlərdir.

Marqaret Çan quş qripinə qarşı mübarizədə sayıq olmağa çağırır

Hazırda dünya vaksin ehtiyatları baxımından qrip pandemiyasına qarşı mübarizəyə daha yaxşı hazırdır. Lakin 100 faiz hazırlıqdan danışmaq olmaz.
Bunu ÜST baş direktoru Marqaret Çan ÜST İcraiyyə Komitəsinin 140-cı sessiyasında etdiyi çıxışında deyib. Bütün ölkələri quşlarda quş qripi xəstəliyinin yayılmasını, habelə insanlarda bu qriplə bağlı xəstələnməni diqqətdə saxlamağa davam etməyə çağıran qurum rəhbəri bildirib ki, təkcə keçən ilin noyabrından ev və çöl quşlarında quş qripinin ağır formalarının yayılması barədə 40 ölkədən məlumat daxil olub.
Onun sözlərinə görə, ÜST quş qripinin müxtəlif regionlarda sürətlə yayılmasından və bir-biri ilə qarşılıqlı təsirdə olan böyük miqdarda virus ştamlarının olmasından narahatdır. ÜST rəhbəri deyib: “Asiyada böyük ocaqları müşahidə edilən H5N6 virusu dörd müxtəlif virusun öz genomlarını dəyişdirməsi nəticəsində meydana gələn yeni ştamm təsiri bağışlayır. Çin isə 2013-cü ildən başlayaraq insanların xəstələnməsinə səbəb olan H7N9 virusunun mövsümi yayılması haqqında məlumat verir. Hazırda mindən çox adamın bu virusa yoluxması halı qeydə alınıb. Onların 38,5 faizi ölümlə nəticələnib”.
Marqaret Çanın bildirib ki, dünyada ən son qrip epidemiyası 2016-cı ilin sonunda başlanıb: “Dekabr ayında xəstələrin sayı kəskin artıb. ÜST quş qripinə yoluxan iki qrup adam üzərində aparılmış müşahidəyə əsasən bu qripin insanlar arasında ötürülməsini istisna etmir, lakin bu barədə hələ ki təsdiq edilmiş məlumat yoxdur”.
Baş direktor xatırladıb ki, Beynəlxalq Tibbi-Sanitar Qaydalara əsasən, bütün ölkələr insanların quş qripinə yoluxması hallarını operativ üzə çıxarmalı və məlumat verməlidir. “Biz heç vəchlə xəstəliyin ilkin mərhələsinin əlamətlərini nəzərdən qaçırmamalıyıq”, - deyə ÜST rəhbəri vurğulayıb.
Marqaret Çan sessiyada Ebola əleyhinə vaksin hazırlanmasında əldə edilən nailiyyətlərdən danışıb. O həmçinin dövlətləri tütün məmulatlarının qiymətini və aksizini qaldırmağa çağırıb və xatırladıb ki, hər il tütün istehlakı qlobal miqyasda altı milyon insanın ölümünə gətirib çıxarır.

ÜST baş direktoru vəzifəsinə namizədlərin adları açıqlanıb


Sessiya çərçivəsində ÜST İcraiyyə Komitəsi yeni baş direktor vəzifəsinə namizədlərin qısa siyahısını tərtib edib.
Siyahıda əvvəlcə 5 namizədin adı olub. İcraiyyə Komitəsinin üzvləri bu namizədlərlə müsahibə apardıqdan sonra səsvermə yolu ilə onlardan yalnız üçünü seçiblər.
Namizədliyi irəli sürülən 3 nəfər Efiopiya təmsilçisi Tednos Adhanom Gebreyezus, Böyük Britaniyadan David Nabarro və Pakistan nümayəndəsi Sani Niştardır. Onların adları 2017-ci ilin may ayında Ümumdünya Səhiyyə Assambleyasına təqdim olunacaq.
Assambleyasının sessiyasında keçiriləcək səsvermə zamanı ÜST-nin üzvü olan dövlətlər bu üç namizəddən birini qurumun baş direktoru vəzifəsinə seçəcəklər.
Yeni baş direktor öz vəzifələrinin icrasına 2017-ci ilin iyulunda başlayacaq.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova