Zika virusuna yoluxma halları 67 ölkədə qeydə alınıb

Zika virusuna yoluxma halları 67 ölkədə qeydə alınıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Zika virusu ilə bağlı yeni hesabatında bildirilir ki, artıq dünyanın 67 ölkəsində bu virusa yoluxma halları qeydə alınıb. Bu, 2007-ci ildən bu il iyulun 27-dək olan müddətdə qeydə alınan yoluxma hadisələridir.
Hesabatda vurğulanır ki, bu ölkələrdən 64-də yoluxma 2015-ci ildən başlayıb. Bir ölkədə və bir ərazidə isə virus bu il iyulun 21-dən 27-dək ilk dəfə aşkarlanıb. Virusun insandan insana keçməsi halları 11 ölkədə baş verib.
ÜST ekspertləri Zika virusunun xüsusilə hamilə qadınlar üçün təhlükəli olduğunu bildirirlər. Belə ki, virusun yeni doğulan uşaqlarda mikrosefaliya xəstəliyinə səbəb olduğu ehtimal edilir.
Əsasən ağcaqanadların yaydığı bu virusa qarşı hələlik vaksin yoxdur.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova