BMT-nin Baş katibi atalar üçün doğum məzuniyyətinin tətbiqini təklif edir

BMT-nin Baş katibi atalar üçün doğum məzuniyyətinin tətbiqini təklif edir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Pan Gi Mun kişilər üçün doğum məzuniyyətinin tətbiqi haqqında təkliflə çıxış edib.
Belə ki, BMT-nin Ailə Günü ilə əlaqədar müraciətində Pan Gi Mun dünya birliyini ayrı-seçkilik və zorakılıqla mübarizəyə çağırıb. Eyni zamanda, sənəddə yeni doğulmuş uşaqların ataları üçün doğum məzuniyyəti təcrübəsini nəzərdə tutan xüsusi proqramların tətbiqi ayrıca vurğulanıb.
Pan Gi Mun bəyan edib ki, bütün dövlət rəhbərləri cəmiyyətdə mühüm rola malik olan ailə təsisatını dəstəkləməlidirlər. BMT-nin Baş katibi qeyd edib ki, ailə üçün sosial məsələlərlə (səhiyyə xidməti, yaşayış şəraiti və s.) yanaşı, işlə bağlı problemlərin həlli də çox vacibdir. Yeni doğulmuş körpəyə və onun anasına qulluq üçün atalara məzuniyyət hüququnun verilməsi ailənin inkişafı yollarından biridir. Burada söhbət ana və atalar üçün bərabər məzuniyyət müddətindən deyil, uşağın doğulmasından sonrakı ilk dövrdə kişilərin işdən azad edilməsindən gedir. Pan Gi Munun fikrincə, belə məzuniyyətin tətbiqi dünya miqyasında ana və uşaq sağlamlığı sahəsində vəziyyətə, həmçinin ailələrin möhkəmliyinə müsbət təsir göstərəcək.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova