Yoqa və meditasiya Altsheymer xəstəliyinə tutulma riskini azaldır
Kaliforniya Universitetində aparılan yeni tədqiqat göstərir ki, yoqa və meditasiya beyin üçün faydalıdır. Onlar insan yaddaşını gücləndirir və qazanılmış ağıldankəmlikdən qoruyur. Tədqiqatçıların sözlərinə görə, yoqa və meditasiya yaddaş məşqindən daha effektivdir.
Üç ay davam edən tədqiqatda yaşı 55-dən yuxarı 25 nəfər iştirak edib. 11 iştirakçı həftədə bir dəfə bir saat davam edən yaddaş təliminə qatılıb. Həmçinin onlar yaddaşın inkişafı üçün gündə 20 dəqiqə təmrinlər yerinə yetiriblər. 14 könüllü isə həftədə bir dəfə 1 saat ərzində evdə qrup halında Kundalini yoqa ilə məşğul olub. Üstəlik hər gün 20 dəqiqəni Kirtan Kriyya meditasiyasına həsr edib.
Beləliklə, 12 həftə sonra ekspertlər müşahidə ediblər ki, könüllülərin hər iki qrupunda şifahi yaddaş yaxşılaşıb. Yəni onlar söz və adları daha yaxşı yadda saxlamağa başlayıblar. Lakin məkanda səmtləşdirməyə kömək edən vizual-məkan yaddaşı yoqa və meditasiya ilə məşğul olan iştirakçılarda daha çox yaxşılaşıb.
Qeyd edək ki, Hindistanda Kirtan Kriya meditasiyası yaşlı adamlarda koqnitiv pozuntuların qarşısını alma üsullarından biri kimi tanınır. Bu meditasiyaya nəğmə oxumaq, əl hərəkətləri və işığın vizuallaşdırılması daxildir.