Sizi yuxuda səslər narahat edirmi?

Sizi yuxuda səslər narahat edirmi?

Psixoloqların fikrincə, insanların 10-20 faizi qəfil səslərdən oyanır. Əslində, bu səslər xəyali səslərdir. Bu, partlayış, göy qurultusu, çığırtı, qapı, ağlamaq səsləri ola bilər. Səslər bədahətən eşidilir və bir neçə saniyə davam edir. Bəzi hallarda səslər vizual qıcıqlandırıcılar – işığın alışması ilə müşayiət olunur. “rosbalt.ru” saytı xəbər verir ki, təsvir edilən hallar nəticəsində insanın yuxusu pozulur, psixoloyi pozğunluqlar və taxikardiya əmələ gəlir. Əvvəllər alimlər hesab edirdilər ki, bu pozuntulara yalnız yaşı 50-dən çox olan adamlarda təsadüf edilir. Lakin Vaşınqton Universitetindən olan doktor Brayan Şarpless bunun əksini sübuta yetirib. Onun sözlərinə görə, bu hallar gənclər arasında da çox yayılıb.
Braun Şarpless 211 tələbəni sorğu-sual edib. Onların beşdə birində pozuntu əlamətləri azı bir dəfə təzahür edib. Bu, insan yuxulayanda baş verir. Görünür, səslər beyinin yuxu vəziyyətinə keçməsinə reaksiyadır (hərəkət, görmə və səs neyronları tədricən “yatır”). Ola bilsin, səs neyronları “yatmaq” əvəzinə hamısı birdən səs çıxarır. Beyin bu səsləri uca səs kimi qəbul edir.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova