Uşaq gündə bir saatdan çox kompüter oyunları oynamamalıdır
Oksford Universitetinin alimlərinin fikrincə, uşağın hansı videooyunlara diqqət yetirməsi deyil, onun bu oyunlara sərf etdiyi vaxt əhəmiyyətlidir. Tədqiqatçılar sübuta yetiriblər ki, hiperaktivlik əsasən kompüter oyunlarına gündə üç saatdan çox vaxt sərf edən uşaqlarda müşahidə olunur. Həm də oyunun janrı uşaqların davranışına heç bir təsir göstərmir.
Alimlər 12-13 yaşlı 200 məktəbli arasında sorğu apararaq, müxtəlif çeşidli kompüter oyunlarının təsirini təhlil ediblər. Onlar şagirdlərin müvəffəqiyyət dərəcələrini və davranışlarını ikinci təhlil şkalasında göstəriblər.
Gündə üç saatdan çox videooyunu oynayan uşaqlarda hiperaktivlik daha çox müşahidə olunub. Üstəlik, həm döyüş, həm strategiya, həm də təfəkkür oyunları uşaqlara eyni dərəcədə təsir göstərib. Alimlər valideynlərə uşaqların virtual əyləncələrinə məhdudiyyət qoymağı və onlarda real vərdişləri inkişaf etdirən alternativ asudə vaxt təşkil etməyi məsləhət görürlər.