Allerqoloqlar ən təhlükəli bitkilərin adlarını açıqlayıblar
Yazın gəlişi ilə bir çoxumuzda gözlərin yanması, burunun axması kimi xoşagəlməz allergik simptomlar olur. Bu simptomlar bitki tozcuqlarının yayılması ilə bağlıdır. Fransanın Aerobioloji Müşahidələr Milli Şəbəkəsi daha çox tozcuq yayan, allergiya yarada bilən 25 bitkinin siyahısını hazırlayıb. Bu siyahıda sərv, tozağacı, qızılağac, göyrüş, palıd ağacı kimi bitkilər irəlidədir. Onların ardınca fındıq, söyüd, çinar, vələs, cökə və zeytun ağacları gəlir. Bir sıra otaq bitkiləri: məsələn, benjamin fikusu, filodendron, abutilon da allergiya yarada bilir.