ÜST Ebola virusuna qarşı 2 preparat tövsiyə edir

ÜST Ebola virusuna qarşı 2 preparat tövsiyə edir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ebola virusunun törətdiyi xəstəliyin müalicəsi ilə bağlı ilk təlimatı dərc edib. Bu təlimat monoklonal anticisimlərin iki preparatının istifadəsi ilə bağlı yeni tövsiyələri ehtiva edir. ÜST dünya birliyini bu həyati vacib preparatlara çıxışı genişləndirməyə çağırır.
Ebola tez-tez ölümlə nəticələnən ağır xəstəlikdir. Bu xəstəliyin bundan əvvəlki yayılma halları göstərib ki, erkən diaqnostika və baxım terapiyası, yəni maye və elektrolit ehtiyatlarının doldurulması və simptomatik müalicədən istifadə etməklə sağalma şanslarını əhəmiyyətli dərəcədə artırmaq olar.
Terapevtik vasitələrin randomizə edilmiş klinik sınaqlarının sistematik icmalı və meta-analizindən sonra ÜST iki monoklonal anticisimlər preparatı mAb114 (Ansuvimab; Ebanga) və REGN-EB3 (Inmazeb) ilə bağlı tövsiyələri dərc edib.
Klinik sınaqlar Ebola virusunun yayılması zamanı aparılıb, üstəlik ən böyük sınaq Konqo Demokratik Respublikasında həyata keçirilib, bununla da sübuta yetirilib ki, hətta mürəkkəb şəraitdə Ebola virusunun yayılması zamanı yüksək elmi dəqiqlik səviyyəsinə nail olmaq olar.
Tövsiyələr Ebola virusu olan xəstələrə baxan tibb işçiləri, eləcə də xəstəliyin yayılmasının qarşısının alınmasında iştirak edənlər üçün faydalı olacaq.
Yeni tövsiyələr klinik baxım üzrə təlimatı tamamlayır, bu təlimatda analizlərin aparılması, ağrının kəsilməsi, qidalanma, yanaşı xəstəliyin müalicəsinə yanaşmalar və sağalmaq üçün ən düzgün yol təsvir edilir.
Tövsiyə edilən iki preparat açıq-aydın üstünlüklər nümayiş etdirib və Ebola virusunun səbəb olduğu xəstəliyin təsdiqlənmiş müsbət diaqnozu ilə bütün xəstələrə tətbiq edilə bilər. Belə ki, bu preparatlardan yaşlı insanlar, hamilə və uşaq əmizdirən qadınlar, uşaqlar və Ebola diaqnozu olan anaların yeni doğulan körpələri də qəbul edə bilərlər. Pasiyentlər monoklonal anticisimlər preparatlarını qəbul etməyə mümkün qədər tez, diaqnozun laboratoriya təsdiqindən dərhal sonra başlamalıdırlar.
Bu preparatlara çıxış, xüsusilə də vəsaiti məhdud olan bölgələrdə, mürəkkəb olaraq qalır. ÜST bu müalicə metodlarına çıxışın yaxşılaşdırılmasında ölkələrə, istehsalçılara və tərəfdaşlara dəstək göstərməyə hazırdır.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova