Kaktus radiasiyadan qoruyurmu?
Kompyuterin yaydığı elektromaqnit radiasiyasını dəf etmək üçün bəzən istifadəçilər masa üzərinə kaktus, ya da qaya duzu qoyurlar. Görəsən, bu üsul radiasiyaya təsir edirmi?
Türkiyənin Sakarya Universitetinin Elektrik - elektronik mühəndisliyi bölməsinin rəhbəri professor Osman Çerezçi bildirir ki, radiasiyadan qorunmaq üçün kaktus və ya qaya duzunun faydası yoxdur. Mütəxəssis bunun əvəzinə, bəzi məhdudiyyətlərə riayət etməyi məsləhət görüb:
- Yatarkən başınızı kabel və ştepsellərə yaxın qoymayın.
- Kabelsiz internet cihazlarının sizdən ən azı 1 metr uzaqlıqda olmasına diqqət yetirin.
- Paltaryuyan maşın, mikrodalğalı soba və s. kimi elektron əşyaları mənzildə az istifadə edilən yerlərə qoyun.
- Kompyuterin monitorunun və televizorun arxasına körpənin beşiyini, davamlı oturulan kreslo və s. yerləşdirməyin.