Limonlu su içmək üçün 8 səbəb
Mütəxəssislər limonun faydalarını nəzərə alaraq, hər gün bir stəkan limonlu su içməyi məsləhət bilirlər. Bu, insana nə verə bilər?
1. Səhər su içmək bədəni toksinlərdən təmizləyir. Amma içinə limon, yaxud C vitamini əlavə olunarsa, dərini də təmizləyər, dəridəki qızartıları aparar.
2. Limonlu su PH səviyyəsini normaya salmaqla, bədəni bir çox xəstəliklərdən qoruyur.
3. Limonun tərkibindəki kalium immun sistemini gücləndirir, qan dövranını normaya salır, beyin fəaliyyətini aktivləşdirir və soyuqdəymə ilə mübarizə aparır.
4. Bu içki metabolizmi gücləndirdiyi üçün arıqlamağa kömək edir və köpü aradan qaldırır.
5. Limonlu su insanı sakitləşdirir və rahat yatmağa kömək edir.
6. Siqaret, ədviyyatli yeməklər və ya alkoqolla bağlı pis qoxunu aradan qaldıran limonlu su nəfəsi təravətləndirir.
7. Beyin və sinir sisteminin daha sürətli işləməsini təmin edir - tərkibindəki kalium sayəsində depressiyadan çıxmağı asanlaşdırır və yaddaşı yaxşılaşdırır.
8. Tənəffüs yollarında problemləri aradan qaldırmaq üçün ideal vasitə olan limonlu su limonun antibakterial xüsusiyyətləri sayəsində öskürəyi yumşaldır.