ÜST siqaretin ağır fəsadlarını xatırladıb

ÜST siqaretin ağır fəsadlarını xatırladıb
Avropa regionunda əhalinin siqaretçəkmə vərdişindən qurtulması ilə ağciyər xərçənginin 90 faizinin qarşısını almaq mümkündür. Bu barədə xəbərdarlıq edən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunun ekspertləri regionun bütün əhalisini bu zərərli vərdişdən imtina etməyə çağırıblar.
ÜST mütəmadi olaraq bu sahədə tədbirlər həyata keçirir. Mayın 31-də Dünya Tütünsüz Günü qeyd olunur, lakin təşkilat bu mübarizə tədbirlərini ilboyu davam etdirir.
Budapeştdə bu məqsədlə “Üç sağlam nəsil” şüarı altında bütün yaşlardan olan insanlar üçün tədbirlər, o cümlədən rəqslər və idman məşğələləri təşkil edilib. Yaxınlıqda qoyulmuş mobil klinikada isə arzu edən hər kəs tibbi müayinədən keçib. Aşqabadda ÜST-nin dəstəyi ilə tütünün zərəri haqqında informasiyaların yayıldığı interaktiv aksiyalar təşkil olunub. Tbilisidə keçirilən mükafatlandırma mərasimində bu sahədə xidmətləri olan həkimlərə və digər səhiyyə işçilərinə mükafatlar təqdim edilib. Tütünlə mübarizəyə həsr olunmuş ən parlaq tədbirlərdən biri Kiyevdə baş tutub. “Dünyada sərbəst nəfəs al, tütünsüz nəfəs al” şüarı altında təşkil olunan bu tədbir zamanı küçələrdə kütləvi yoqa məşğələləri aparılıb və onlar yerli KİV-də geniş işıqlandırılıb.
Bu il Dünya Tütünsüz Günü passiv siqaretçəkməyə həsr olunub. ÜST-nin məlumatına görə, tütün tüstüsündə 4 mindən çox kimyəvi maddə var və onların ən azı 250-si zərərli, 50-si isə kanserogendir. Siqaret çəkənlərin yanında duran insanlar da tüstünün təsirinə və ciddi sağlamlıq riskinə məruz qalırlar. Passiv siqaretçəkmə ürək-damar, nəfəs yolları və ağciyər xərçəngi xəstəliklərinə səbəb ola bilər.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova