UNAIDS: Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində İİÇV ilə bağlı yeni hallar artır

UNAIDS: Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində İİÇV ilə bağlı yeni hallar artır
Dünyada insanın immun çatışmazlığı virusu (İİÇV) ilə bağlı yeni halların sayı tədricən azalır. Qazanılmış immun çatışmazlığı sindromu (QİÇS) ilə bağlı ölüm halları azalır, müalicə olunmaq imkanı əldə edən insanların sayı artır. Lakin bütövlükdə bu sahədə irəliləyiş ləngiyib, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində isə xəstəliyə tutulma göstəriciləri artmaqda davam edir.
Bu fikirlər Birləşmiş Millətlər Təşkilatının (BMT) İİÇV/QİÇS üzrə Birləşmiş Proqramının (UNAIDS) yeni məruzəsində əks olunub.
Məruzədə bildirilir ki, keçən il immun çatışmazlığı virusuna yoluxmuş insanların sayı 1,7 milyon olub. Bu, 2010-cu ildəki ilə müqayisədə 16 faiz azdır. İrəliləyiş əsasən Şərqi və Cənubi Afrika ölkələrinin hesabına təmin olunur. Məsələn, Cənubi Afrika Respublikasında İİÇV ilə bağlı yeni halların sayı son 9 ildə 50 faiz, QİÇS-dən ölüm hallarının sayı isə 40 faiz azalıb.
Lakin həmin dövrdə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində bu xəstəliyə yeni yoluxanların sayı 29 faiz, Yaxın Şərqdə və Şimali Afrikada 10 faiz, Latın Amerikasında 7 faiz artıb.
Müalicə olunan xəstələrin sayı ilbəil artmaqdadır. Hazırda İİÇV ilə yaşayan 37,9 milyon nəfərdən 23,3 milyonu müalicə olunur. Keçən il QİÇS-dən ölənlərin sayı 770 min nəfər olub. Bu, epidemiyanın pik nöqtəsinə çatdığı 2004-cü ilin göstəricisi ilə müqayisədə qat-qat azdır. Həmin dövrdə bir il ərzində bu xəstəlik 1,7 milyon insanın həyatına son qoymuşdu.
QİÇS ilə mübarizə sahəsində tədbirlərin maliyyələşdirilməsi üçün ayrılan vəsait təqribən 1 milyard dollar azalıb. Bu onunla bağlıdır ki, donorlar az vəsait ayırıb, daxili investisiyaların həcmi isə inflyasiyanı kompensasiya etmək üçün lazımi sürətlə artmayıb. 2018-ci ildə QİÇS ilə mübarizəyə 19 milyard dollar ayrılıb. Bu, 2020-ci il üçün tələb edilmiş 26,2 milyarddan 7,2 milyard dollar azdır.
UNAIDS bütün tərəfdaşlarını infeksiyaya qarşı mübarizə üçün daha çox vəsait ayırmağa, o cümlədən QİÇS, vərəm və malyariyaya qarşı mübarizə üzrə Qlobal Fondun maliyyələşdirilməsini təmin etməyə çağırır.
2018-ci ildə İİÇV ilə yaşayan insanların təqribən 79 faizi özlərinin bu statusa malik olmasını bilirdi, bu insanların yalnız 1 faizinin müalicə olunmağa imkanı yox idi. Bundan əlavə, İİÇV ilə yaşayan və müalicə olunan insanların 86 faizində virusun “təslim olması” aşkar edilib. Bu həmin insanların həyatını və sağlamlığını qorumağa kömək edir, virusun başqalarına keçməsinin qarşısını alır.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova