ÜST Konqoda Ebola epidemiyasını beynəlxalq miqyaslı fövqəladə hadisə elan edib

ÜST Konqoda Ebola epidemiyasını beynəlxalq miqyaslı fövqəladə hadisə elan edib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında yayılmış Ebola epidemiyasını beynəlxalq miqyaslı fövqəladə hadisə kimi səciyyələndirib. ÜST-nin baş direktoru Tedros Gebreyesus bununla bağlı bəyanat yayıb.
Qurumun fövqəladə vəziyyətlə bağlı iclasında müvafiq komitənin ekspertləri Ruandanın sərhədindəki, iki milyon nəfər əhalisi olan Qoma şəhərində bu virusa yoluxma hallarının kəskin artmasını diqqətə çatdırıblar. Onlar bu epidemiyanın bütün regiona və hətta dünyaya yayılacağından ehtiyat edirlər.
ÜST baş direktorunun bəyanatında deyilir ki, beynəlxalq ictimaiyyət bu problemə daha çox diqqət yetirməli və Ebola ilə mübarizə səylərini artırmalıdır. Onun sözlərinə görə, Konqo Demokratik Respublikası ilə həmrəyliyi gücləndirmək və bu ölkənin səhiyyə sistemini möhkəmləndirmək lazımdır. Tedros Gebreyesus epidemiya zonasında işləyən ÜST nümayəndələrinə, tərəfdaş təşkilatların təmsilçilərinə və yerli hökumətə də təşəkkürünü bildirib.
Ebola epidemiyası ilə bağlı keçirilən sayca dördüncü iclasda bu fəlakətlə mübarizədə maliyyə vəsaitinin az olması da diqqətə çatdırılıb. İştirakçılar qonşu ölkələri sərhədləri bağlamamağa və nəqliyyat əlaqəsini kəsməməyə çağırıblar. Fövqəladə Komitənin rəhbəri, professor Robert Steffen qeyd edib ki, bu cür tədbirlər yerli əhalinin maddi vəziyyətinə ağır zərbə ola bilər.
ÜST-nin məlumatına görə, son aylar sözügedən bölgədə Ebola epidemiyasından 1650 nəfər həyatını itirib. Həkimlər hər gün orta hesabla 12 yeni yoluxma halı qeydə alırlar.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova