İlan və əqrəb sancmaları ilə bağlı ölüm halı qeydə alınmayıb

İlan və əqrəb sancmaları ilə bağlı ölüm halı qeydə alınmayıb

“Mövsümlə əlaqədar ilan, əqrəb, qaraqurd sancması nəticəsində baş verən zəhərlənmə hadisələrinə, həmişə olduğu kimi, bu il də aprel ayından – istilər düşəndən sonra təsadüf olundu. Ancaq havalar nisbətən sərin keçdiyindən, ötən illərlə müqayisədə ilan sancması hadisələri də azalıb. Belə ki, Azərbaycanda avqust ayında 5 nəfəri ilan sancıb. Ümumilikdə aprel-avqust aylarında 74 nəfəri ilan, 14 nəfəri əqrəb sancıb, 8 nəfər isə qaraqurd hörümçəyinin dişləməsi nəticəsində zəhərlənib. Müraciət edənlərin 70 faizini kişilər, 30 faizini isə qadınlar təşkil edib. Onlardan 8 nəfəri azyaşlı olub. İlan və əqrəb sancmaları ilə bağlı ölüm halı qeydə alınmayıb”.
Bu haqda bizə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verdi. Müsahibimiz müraciətlərin əsasən paytaxtın Qaradağ və Xəzər rayonlarından, Maştağa, Buzovna, Zirə, Qobu kimi Bakıətrafı kəndlərdən, Siyəzən, Hacıqabul, Bərdə, Yevlax, Tovuz, Şirvan, Şəmkir və digər rayonlardan olduğunu söylədi.
A.Maqsudov həmçinin həm əqrəb, həm qaraqurd, həm də ilan sancması zamanı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (TTTYS) vaxtında, hadisə baş verən anda müraciət etməyin önəmli olduğunu vurğuladı. Məlumat daxil olan kimi TTTYS briqadasının hadisə yerinə getdiyini bildirən şöbə müdiri orada xəstəyə ilkin tibbi yardım göstərildiyini və ehtiyac olarsa, zərdab vurulduğunu dedi. O, TTTYS-nın briqadalarının, mərkəzi rayon xəstəxanalarının lazımi qədər zərdabla təmin olunduğunu da diqqətə çatdırdı.

Ü.FƏRZƏLİYEVA





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova