Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib
Milli Məclisin Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib. Sessiyanın başlaması münasibətilə deputatları təbrik edən komitənin sədri Əhliman Əmiraslanov Azərbaycanda səhiyyə sahəsinin inkişafına göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin imzaladığı sərəncamlardan, Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyəyə göstərdiyi diqqətdən söz açıb. Sonra parlamentin 2019-cu il yaz və növbədənkənar sessiyalarında komitədə görülmüş işlərin hesabatı dinlənilib. Qeyd30-09-2019, 10:28




