Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində tibb sahəsində xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı hərbi qulluqçulara Azərbaycan Respublikasının fəxri adları verilsin: “Əməkdar həkim” Hacıyeva Tünzalə Əşir qızı – tibb xidməti polkovnik-leytenantı “Əməkdar tibb işçisi” Ələkbərzadə Rəna Kamil qızı – baş gizir. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı11-09-2020, 09:00




