Səhiyyə naziri İsmayıllıda vətəndaşları qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, dövlət orqanları rəhbərlərinin bölgələrdə səyyar qəbul günlərinin təşkili davam edir.
Tərtib olunmuş qrafikə uyğun surətdə, səhiyyə naziri Oqtay Şirəliyevin İsmayıllı Mərkəzi Rayon Xəstəxanasında qəbul günü keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazir İsmayıllı, Şəki, Qəbələ və Şamaxı rayonlarından olan 23 vətəndaşı qəbul edib, onların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.
Qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Onların bəziləri yerindəcə həllini tapıb, digərlərinin həlli ilə bağlı lazımi göstərişlər verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Xəbəri paylaş