Heydər Əliyev Fondunun dəstəyi ilə Bosniya və Herseqovinada tikiləcək tibb mərkəzinin təməli qoyulub

Heydər Əliyev Fondunun dəstəyi ilə Bosniya və Herseqovinada tikiləcək tibb mərkəzinin təməli qoyulub

Bosniya və Herseqovinanın Kotor Varoş şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunacaq Təcili Tibbi Yardım Mərkəzinin yeni binasının təməlqoyma mərasimi keçirilib.
Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov iştirakçılara Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səmimi salamlarını çatdırıb. Qeyd edib ki, Heydər Əliyev Fondu Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində təhsil, mədəniyyət, səhiyyə sahələrində layihələr, xeyriyyə tədbirləri həyata keçirir. Anar Ələkbərov dost ölkə olan Bosniya və Herseqovinada Fondun reallaşdırdığı bu layihənin də ölkələrimiz və xalqlarımız arasında əlaqələrin genişlənməsinə şərait yaratdığını bildirib.
Kotor Varoş şəhərinin meri Zdenko Sakan və Səhiyyə Mərkəzinin direktoru Vladimir Bibiç çıxış edərək Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə, o cümlədən Bosniya və Herseqovinada həyata keçirdiyi mühüm sosial-humanitar layihələri xalqlarımız arasında həmrəyliyin təzahürü kimi qiymətləndirib, xeyriyyəçilik fəaliyyətinin nəticəsi olaraq bu gün Kotor Varoş şəhərində təməli qoyulan Təcili Tibbi Yardım Mərkəzinin yerli əhali üçün əhəmiyyətini vurğulayıblar.
Bildirilib ki, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçin Heydər Əliyev Fonduna bir sıra sosial və səhiyyə yönümlü layihələrin reallaşdırılması ilə bağlı müraciəti əsasında Kotor Varoş şəhərində Səhiyyə Mərkəzinin nəzdində istifadəyə yararsız olan Təcili Tibbi Yardım Mərkəzinin yeni binasının inşası haqqında qərar qəbul edilib.
2017-ci ilin yanvar ayında Təcili Tibbi Yardım Mərkəzinin inşası ilə bağlı Heydər Əliyev Fondu, Kotor Varoş şəhərinin meriyası və Səhiyyə Nazirliyi arasında müqavilə imzalanıb. Əldə olunan razılığa əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə iki mərtəbədən ibarət yeni binanın inşası və Təcili Tibbi Yardım Mərkəzinin lazımi avadanlıqla təmin olunması nəzərdə tutulub.
Sonra Kotor Varoş şəhərinin Səhiyyə Mərkəzi nəzdində Təcili Tibbi Yardım Mərkəzinin yeni binasının təməli qoyulub.
Mərkəzin bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.
Təməlqoyma mərasimindən sonra Sarayevo şəhərində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç ilə görüşüb.
Görüşdə M.İvaniç Kotor Varoş şəhərində Təcili Yardım Mərkəzinin yeni binasının inşası layihəsinə göstərdikləri diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova