Səhiyyə naziri Göyçayda vətəndaşları qəbul edib

Səhiyyə naziri Göyçayda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, dövlət orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
Tərtib olunmuş qəbul cədvəlinə uyğun surətdə, səhiyyə naziri Oqtay Şirəliyev Göyçay Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlarla görüşüb. Nazir Göyçay, Şamaxı və Qobustan sakinlərinin sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, vətəndaşların müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb, digərlərinin müsbət həlli üçün müvafiq göştərişlər verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova