Səhiyyə naziri Ağdaşda vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq dövlət orqanları rəhbərlərinin bölgələrdə təşkil edilən səyyar qəbul günləri qrafikinə əsasən, səhiyyə naziri Oqtay Şirəliyev Ağdaş Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlarla görüşüb.
Səhiyyə naziri Ağdaşla yanaşı, Yevlax, Goranboy rayonlarının və Mingəçevir şəhərinin sakinlərini qəbul edib. Müraciətlər əsasən sağlamlıq problemləri, işlə təminat və sairlə bağlı olub.
Qəbul zamanı qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə araşdırılıb. Onların bəziləri yerində həllini tapıb, digərləri ilə bağlı göstərişlər verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.