Səhiyyə naziri Oqtay Şirəliyev Astarada vətəndaşları qəbul edib

Səhiyyə naziri Oqtay Şirəliyev Astarada vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, dövlət orqanları rəhbərlərinin bölgələrdə qəbul günlərinin təşkili davam etdirilir.
Səyyar qəbul günlərinin qrafikinə əsasən, səhiyyə naziri Oqtay Şirəliyev bu dəfə Astarada vətəndaşlarla görüşüb. Astara Rayon Mərkəzi Xəstəxanasında keçirilən görüşdə bu rayonla bərabər, Lerik, Lənkəran, Masallı, Yardımlı rayonlarının sakinləri də iştirak ediblər.
Qəbulda 32 vətəndaşın müraciətlərinə baxılıb. Əsasən sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı olan müraciətlər Səhiyyə Nazirliyinin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə araşdırılıb. Onların bəziləri yerində həll edilib, digərləri ilə bağlı lazımi qurumlara göstərişlər verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova