Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Talassemiya Mərkəzində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Talassemiya Mərkəzində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Talassemiya Mərkəzində müalicə olunan uşaqlara baş çəkib, onların səhhəti, müalicələrinin gedişi ilə maraqlanıb.
Səhiyyə naziri Oqtay Şirəliyev Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilən Mərkəzdə bu günədək aparılan müalicələr barədə məlumat verib. Qeyd olunub ki, 2009-cu ildən istifadəyə verilən Talassemiya Mərkəzi bu xəstəliyə düçar olanlara həm tibbi yardım, həm də mənəvi dəstək baxımından əhəmiyyətli səhiyyə ocağıdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mərkəzin gələcək fəaliyyəti üçün zəruri məqamlarla maraqlanıb. Fondun səhiyyə, xüsusilə uşaqların sağlamlığı ilə bağlı məsələlərə daim önəm verdiyini bildirən Leyla Əliyeva Mərkəzdə müalicə olunan uşaqlarla söhbət edib, onlara hədiyyələr bağışlayıb.
Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan Talassemiya Mərkəzinin istifadəyə verilməsi ilə Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının və qan bankının yaradılmasına, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişaf etdirilməsinə, talassemiyanın yayılmasının qarşısını almaqdan ötrü əhalinin maarifləndirilməsi və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə nail olunub.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova