Səhiyyə naziri Göygöldə vətəndaşları qəbul edib

Səhiyyə naziri Göygöldə vətəndaşları qəbul edib

Göygöl Mərkəzi Rayon Xəstəxanasında səhiyyə naziri Oqtay Şirəliyevin vətəndaşlar üçün səyyar qəbul günü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, dövlət orqanları rəhbərlərinin bölgələrdə təşkil olunan səyyar qəbul günlərinin qrafikinə əsasən keçirilən görüşdə Gəncə şəhərindən, Göygöl, Daşkəsən və Şəmkir rayonlarından olan 20-dən artıq sakinin müraciətinə baxılıb.
Qəbulda qaldırılan məsələlər əsasən sağlamlıq, kadr məsələləri, işə qəbul və sairlə bağlı olub. Əvvəlki görüşlərdə müraciət etmiş və problemləri həll olunmuş vətəndaşlardan minnətdarlıq bildirmək üçün gələnlər də olub.
Səyyar qəbul günündə qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Onların bəziləri yerindəcə həllini tapıb, digərlərinin həlli üçün müvafiq qurumlara göstərişlər verilib.
Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova