Səhiyyə naziri Oqtay Şirəliyev Kürdəmirdə vətəndaşları qəbul etdi

Səhiyyə naziri Oqtay Şirəliyev Kürdəmirdə vətəndaşları qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, dövlət orqanları rəhbərlərinin bölgələrdə səyyar qəbul günləri keçirilir. Bunun üçün tərtib edilmiş qrafikə müvafiq surətdə səhiyyə naziri Oqtay Şirəliyev noyabrın 27-də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında müraciət etmiş vətəndaşlarla görüşüb. Nazir Kürdəmirlə yanaşı, Ucar, Zərdab, Göyçay, Ağdaş rayonlarının da sakinlərini qəbul edib.
Ümumilikdə 22 nəfərin sağlamlıq problemləri, işlə təminat, minnətdarlıq və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.
Vətəndaşların qaldırdıqları məsələlər Səhiyyə Nazirliyinin müvafiq şöbə və müəssisələrinin əməkdaşlarının iştirakı ilə araşdırılıb. Onların bəziləri yerindəcə həllini tapıb, digərlərinin müsbət həll olunması üçün müvafiq səhiyyə qurumlarına göstərişlər verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova