Ölkə başçısı həkimləri təltif etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xaçmaz rayonunun ictimai-siyasi həyatında və sosial-iqtisadi inkişafında xidmətləri olan bir qrup şəxsin mükafatlandırılması haqqında iki Sərəncam imzalayıb. Təltif edilənlərin arasında tibb işçiləri də var.
Belə ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, həkim-otorinolarinqoloq Səyyaf Süleyman oğlu Tağıyevə “Əməkdar Həkim” fəxri adı verilib.
Xaçmaz RMX I Terapiya şöbəsinin müdiri, həkim-kardioloq Eldar Əlifxan oğlu Əlifxanov və həmin xəstəxananın Hemodializ şöbəsinin müdiri, həkim-anestezioloq-reanimatoloq Rafiq Mikayıl oğlu Xankişiyev isə “Tərəqqi” medalı ilə təltif olunublar.
Təbrik edirik!