Səhiyyə Nazirliyi tibb işçilərini təltif etdi
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Tibb İşçiləri günü münasibətilə əməkdə fərqlənən səhiyyə işçilərinin təltif edilməsi barədə bir neçə əmr imzalayıb.
Əməkdə xüsusi xidmət və nailiyyətlərinə görə aşağıdakı şəxslər “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif ediliblər:
1. Ağayeva Şahnaz Fərzulla qızı – Sabirabad rayonu Rayonlararası Ağciyər Xəstəlikləri Xəstəxanası, həkim-ftiziatr
2. Cəlilova Şölə Lətif qızı – Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, həkim-mama-ginekoloq
3. Əliyeva Nərgiz Rafiq qızı – Respublika Talassemiya Mərkəzi, şöbə müdiri
4. Əhədov Calal Fərrux oğlu – Şirvan Mərkəzi Şəhər Xəstəxanası, həkim-kardioloq
5. Əliyev Məsum Kamal oğlu – Kürdəmir rayonu Karrar kənd Sahə Xəstəxanası, baş həkim
6. İmanov Firudin Musa oğlu – Naxçıvan MR Şərur rayonu Dəmirçi Kənd Həkim Ambulatoriyası, baş həkim
7. Quliyev Zahid Cəbrayıl oğlu – Şəmkir Mərkəzi Rayon Xəstəxanası, I Cərrahiyyə şöbəsinin müdiri
8. Mustafayev Əzizağa Müzəffər oğlu – Cəlilabad rayon Uşaq Xəstəxanası, baş həkim
9. Məmmədov Əhəd Süleyman oğlu – Füzuli Mərkəzi Rayon Xəstəxanası, Cərrahiyyə şöbəsinin müdiri
10. Nağıyev Rauf Həsən oğlu – Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, baş həkim
11. Niftəliyev Qüdrət Ağababa oğlu – Şabran Mərkəzi Rayon Xəstəxanası, həkim-cərrah
12. Rəhimov İbrahim İslam oğlu – Respublika Neyrocərrahiyyə Xəstəxanası, aptek müdiri
13. Rəhimova Sona Məhəmməd qızı – Ağstafa Mərkəzi Rayon Xəstəxanası, Sadıqlı kənd Həkim Məntəqəsi, müdir
14. Salahov Zahir Əli oğlu – Ucar Mərkəzi Rayon Xəstəxanası, həkim-cərrah
15. Tarverdiyev Məhərrəm Novruz oğlu – Naxçıvan MR Xəstəxanası, Ümumi cərrahiyyə şöbəsinin müdiri
Səhiyyə nazirinin digər əmri ilə əhalinin sağlamlığının qorunması sahəsində qüsursuz və səmərəli fəaliyyətlərinə görə aşağıda adları qeyd olunan tibb işçilərinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Fəxri Fərman”ı verilib:
1. Mahmudov Azər Bəhmən oğlu – Bərdə Müalicə Diaqnostika Mərkəzi, Hemodializ şöbəsinin müdiri
2. Muxtarov Ələddin Şahhüseyn oğlu – Bakı şəhəri 10 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, baş həkim
3. Teyyubov Məmmədrəsul Teyyub oğlu – Zaqatala Mərkəzi Rayon Xəstəxanası, Poliklinika şöbəsinin müdiri
4. Rəsulova Zenfira Əliabbas qızı – Astara Mərkəzi Rayon Xəstəxanası, Poliklinikanın uşaq bölməsinin müdiri
5. Kazımbəyova Kəmalə Şərq qızı – Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, böyük həkim
6. Rəsulov Sahib Kamil oğlu – Göygöl Mərkəzi Rayon Xəstəxanası, laboratoriya müdiri
7. Rəsulov Arif Mir Əhməd oğlu – Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, 9 nömrəli köməkçi yardım stansiyası, həkim
8. Şıxəliyeva Anna Nərimanovna – Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, 8 nömrəli köməkçi yardım stansiyası, həkim
9. Məmmədova Həcər Ramazan qızı – Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, 1 nömrəli köməkçi yardım stansiyası, həkim
10. Novruzov Sabir Abbasqulu oğlu – Naxçıvan MR Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsi, baş məsləhətçi
11. Hüseynova Səidə Hüseynqulu qızı – Naxçıvan MR Göz Xəstəxanası, baş həkim
Səhiyyə naziri Oqtay Şirəliyevin daha bir əmrinə əsasən, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin kollektivi Bakı şəhəri Binəqədi rayonunda baş vermiş yanğın hadisəsi nəticəsində zərərçəkənlərə göstərdikləri yüksək peşəkar tibbi yardıma görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif edilib.