ICIEC Azərbaycan səhiyyəsində iqtisadi və sosial infrastruktur layihələrini dəstəkləməyə hazırdır

ICIEC Azərbaycan səhiyyəsində iqtisadi və sosial infrastruktur layihələrini dəstəkləməyə hazırdır

Səhiyyə Nazirliyində İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş icraçı direktoru Ussama Kayssinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ötən dövrdə İslam İnkişaf Bankı Qrupuna daxil olan ICIEC ilə Azərbaycan arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib.
Prezident İlham Əliyev tərəfindən “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun imzalandığını qeyd edən səhiyyə naziri bildirib ki, bu sənəd dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Teymur Musayev ölkəmizdə səhiyyə sektorunda dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi üçün geniş imkanların yaradıldığını xüsusilə vurğulayıb. “Azərbaycanda səhiyyə sektoruna əlavə investisiyaların cəlb olunması, nəticə etibarilə, göstərilən xidmətlərin genişləndirilməsi və keyfiyyətinin artırılması məqsədilə dövlət-özəl tərəfdaşlığı sahəsində mühüm işlər görülür”, - deyə Azərbaycanın səhiyyə naziri qeyd edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən Ussama Kayssi ölkəmizin bu ilin yanvarından ICIEC korporasiyasına üzv olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu qurum dayanıqlı iqtisadi artıma və yüksək sosial rifaha nail olmaqla Azərbaycanın 2030-cu ilə qədər olan dövr üçün milli sosial-iqtisadi inkişaf prioritetlərini dəstəkləyir. Eyni zamanda, İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası Azərbaycan hökuməti ilə birgə, digər sahələrlə yanaşı, səhiyyədə də iqtisadi və sosial infrastruktur layihələrinin dəstəklənməsi və maliyyə çıxışının yaxşılaşdırılması üçün özəl sektorla sıx əməkdaşlığa hazır olduqlarını qeyd edib.
Görüş zamanı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn strateji hədəflər, işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan layihələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova