Qoşulmama Hərəkatı ölkələrinin səhiyyə nazirləri videoformatda görüşüblər

Qoşulmama Hərəkatı ölkələrinin səhiyyə nazirləri videoformatda görüşüblər

Azərbaycan Respublikasının sədrliyi ilə Qoşulmama Hərəkatına üzv ölkələrin səhiyyə nazirlərinin videokonfrans formatında növbəti görüşü keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verib ki, nazir Teymur Musayevin moderatorluğu ilə keçirilən videokonfrans Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası ərəfəsində Qoşulmama Hərəkatına üzv ölkələrin səhiyyə nazirlərinin qlobal səhiyyə problemlərini və onların müvafiq həll yollarını müzakirə etməsi məqsədilə təşkil olunub.
Öz çıxışında Azərbaycanın səhiyyə naziri qeyd edib ki, Ümumdünya Səhiyyə Assambleyasının sessiyası ərəfəsində Qoşulmama Hərəkatına üzv ölkələrin səhiyyə nazirlərinin görüşünün təşkil olunması ənənə halını alıb. “Bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ictimai səhiyyədə COVID-19-la bağlı beynəlxalq fövqəladə vəziyyətin yekunlaşdığını elan etməsindən sonra Ümumdünya Səhiyyə Assambleyasının ilk sessiyası olacaq”, - deyə nazir vurğulayıb.
Teymur Musayev 2020-ci ilin əvvəlində dünya ölkələrinin COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyə məsuliyyətlə yanaşmasını diqqətə çatdırıb. O, Azərbaycanın pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürdüyünü deyib: “Azərbaycan 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürdü. Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alındı. ÜST pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün bu məlumat bazasına istinad edib.
Prezident İlham Əliyevin təklifinə əsasən, 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası təşkil olundu. Həmçinin COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun növbəti Zirvə görüşü bu il martın 2-də Azərbaycanın paytaxtında əyani iştirakla uğurla keçirildi”.
Öz çıxışlarında Qoşulmama Hərəkatına üzv ölkələrin səhiyyə nazirləri qeyd ediblər ki, Azərbaycanın sədrliyi dövründə təşkilatın beynəlxalq arenada rolu və nüfuzu əsaslı şəkildə artıb, bu mühüm platforma çərçivəsində ölkələr arasında çoxtərəfli əməkdaşlıq yeni səviyyəyə çatdırılıb. Onlar həmçinin qlobal pandemiya böhranından sonrakı dövrdə infrastrukturun və xidmətlərin təkmilləşdirilməsinin vacibliyini vurğulayıblar.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova