Səhiyyə naziri ilə ÜST baş direktoru səhiyyə böhranlarına hazırlıq və cavab tədbirlərini müzakirə ediblər

Səhiyyə naziri ilə ÜST baş direktoru səhiyyə böhranlarına hazırlıq və cavab tədbirlərini müzakirə ediblər

Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus arasında görüş keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşün əvvəlində Azərbaycan nümayəndə heyətinin rəhbəri Ümümdünya Səhiyyə Təşkilatının 75 illik yubileyi münasibətilə ÜST-nin Baş direktorunu təbrik edib.
Nazir Teymur Musayev bu il Azərbaycanda 100 illik yubileyi qeyd olunan, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkəmizin ÜST ilə uğurlu və sıx əməkdaşlığının əsasını qoyduğunu diqqətə çatdırıb. Həmçinin Prezident İlham Əliyevin bu nüfuzlu səhiyyə təşkilatı ilə münasibətlərin daha da inkişafına böyük önəm verdiyini vurğulayıb.
Nazir COVID-19 pandemiyası dövründə Azərbaycan Respublikası Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürdüyünü xatırladıb.
Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-la bağlı fövqəladə vəziyyətin başa çatmasını elan etdiyini vurğulayan Teymur Musayev pandemiya dövründə ÜST-nin Azərbaycanla səmərəli əməkdaşlığına verdiyi dəstəyə görə qurumun rəhbərinə təşəkkürünü ifadə edib.
Təşkilatın baş direktoru Tedros Gebreyesus Azərbaycan Prezidenti İlham Əliyevin ÜST ilə əməkdaşlığa verdiyi önəmi yüksək qiymətləndirib. Xüsusən pandemiya dövründə ölkəmizin təşkilata etdiyi humanitar yardımları, eyni zamanda, xəstəliyin aradan qaldırılması məqsədilə ölkələri birgə əməkdaşlığa səsləyən qlobal çağırışları xatırladıb.
Baş direktor həmçinin Azərbaycanın malyariyadan azad ölkə elan edilməsi münasibətilə təbriklərini çatdırıb və bu təcrübənin digər ölkələr üçün də bir nümunə olduğunu bildirib.
Sonda tərəflər arasında səhiyyə böhranlarına hazırlıq və cavab tədbirlərinin gücləndirilməsi, ilkin səhiyyə xidmətlərində beynəlxalq səviyyədə təsdiq olunmuş rəqəmsal həllərin tətbiqinin vacibliyi, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlərə dair fikir mübadiləsi aparılıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova