İsrailin “BioPharmax” şirkəti Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlıdır

İsrailin “BioPharmax” şirkəti Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlıdır
Azərbaycan Səhiyyə Nazirliyində İsrailin tibb məhsullarının istehsalı üzrə aparıcı şirkətlərindən biri olan “BioPharmax” şirkətinin rəhbər heyəti ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı səhiyyə naziri Teymur Musayev səhiyyə və tibb elmi sahəsində Azərbaycan – İsrail əməkdaşlığının səmərəli olduğunu vurğulayıb. Nazir qeyd edib ki, ölkələrimiz virusologiya, mikrobiologiya və səhiyyənin digər yüksək texnologiyalı sahələrində uğurla əməkdaşlıq edir.
Ölkələrimiz arasında əczaçılıq sahəsində də əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Teymur Musayev İsraildə əczaçılıqda güclü sənaye potensialının mövcudluğunu, elmi-tədqiqat bazasının inkişaf etdirildiyini, dərman vasitələrinin istehsalı sahəsində innovasiyaların geniş tətbiq olunduğunu diqqətə çatdırıb.
Azərbaycanın səhiyyə naziri əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən “BioPharmax” şirkətinin vitse-prezidenti Yossi Tzabari təmsil etdiyi şirkətin səhiyyənin rəqəmsal transformasiyası və digər sahələrdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Həmçinin “BioPharmax” şirkətinin istehsal etdiyi yüksək texnoloji avadanlıqlarının Azərbaycan səhiyyəsində tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova