Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər
Mayın 10-u – müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək Ulu Öndərin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.
Görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan səhiyyəsinə, bu sahənin işçilərinə, o cümlədən həkimlərə həmişə xüsusi diqqət və qayğı göstərirdi. Ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrlar hazırlanması məhz Ulu Öndərin adı ilə bağlıdır.