Milli Məclisin Səhiyyə komitəsi qanun layihələrini müzakirə edib

Milli Məclisin Səhiyyə komitəsi qanun layihələrini müzakirə edib
Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov iclasın gündəliyi barədə məlumat verərək bildirib ki, gündəliyə iki məsələ - “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Özəl tibb fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin müzakirəsi daxil edilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildiyinə görə, qanun layihələri barədə məlumatı təqdim edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin əməkdaşı Seymur Əşrəfli söyləyib ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində dəqiqləşdirmə xarakterli dəyişiklik təklif olunur. Belə ki, qüvvədə olan qanunun vətəndaşların tibbi-sosial yardım almaq hüququnu təsbit edən müvafiq maddəsində “Müvafiq icra hakimiyyəti orqanları” anlayışının “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” anlayışı ilə əvəz olunması təklif edilib.
“Özəl tibb fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin “Nağdsız hesablaşmalar haqqında” Qanunun icrası məqsədilə hazırlandığını deyən məruzəçi bildirib ki, sənəddə nağdsız hesablaşmaların əhatə dairəsi genişləndirilərək, bu sıraya tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlərin də əlavə edilməsi təklif olunub.
Sənədlər barədə fikrini bildirən komitə sədri Əhliman Əmiraslanov vurğulayıb ki, qanun layihələrində təklif olunan dəyişikliklər qüvvədə olan normativ hüquqi aktlara uyğunlaşdırma xarakteri daşıyır.
Deputatlar hər iki qanun layihəsini müzakirə olunmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Sonra iclasda cari məsələlərin müzakirəsi aparılıb.
Komitə sədri Əhliman Əmiraslanov komitədə nəzərdə tutulan dinləmələrin keçirilməsi haqqında danışıb. Komitə sədrinin müavini Rəşad Mahmudov, deputatlar Soltan Məmmədov, Sədaqət Vəliyeva, İlham Məmmədov çıxış edərək, bu barədə qeyd və təkliflərini diqqətə çatdırıblar.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova