Milli Məclisin yaz sessiyasında səhiyyə ilə bağlı qanun layihələrinə baxılıb

Milli Məclisin yaz sessiyasında səhiyyə ilə bağlı qanun layihələrinə baxılıb
Milli Məclisin yaz sessiyasındakı növbəti plenar iclasında Azərbaycan Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olmuş, mahiyyətcə bir-birinə bağlı olan, birinci oxunuşda olan qanun layihələrindən biri – “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Milli arxiv fondu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda (birinci oxunuş) dəyişikliklər edilməsi barədə qanun layihəsi ilə bağlı Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov məlumat verib.
AZƏRTAC bildirir ki, Rəşad Mahmudov təklif olunan dəyişikliklərin uyğunlaşdırma xarakteri daşıdığını söyləyib.
Bu layihə barədə Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Nizami Səfərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Əziz Ələkbərov Mədəniyyət komitəsinin, Tamam Cəfərova Ailə, qadın və uşaq məsələləri komitəsinin rəylərini səsləndiriblər.
Sonra təqdim olunan qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Milli Məclisin yaz sessiyasının növbəti iclasında həmin qanun layihəsinə ikinci oxunuşda baxılıb.
Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudovun təqdimatından, Əmək və sosial siyasət komitəsinin, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Mədəniyyət komitəsinin, Ailə, qadın və uşaq məsələləri komitəsinin rəyləri səsləndirildikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Parlamentin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti məsələlərində təklif olunan dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır və “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən, onlar bir oxunuşda qəbul ediləcək.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verərək bildirib ki, Qanunun 12-ci maddəsinin səkkizinci hissəsində "orqanları" sözünün "orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri ilə əvəz edilməsi təklif olunur. Dəyişiklik dəqiqləşdirmə xarakteri daşıyır.
Deputat Tahir Kərimli bəzi mülahizələrini səsləndirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb. O bildirib ki, qanunun 13-cü maddəsinin dördüncü hissəsinə "müəssisələri" sözündən sonra "və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər" sözlərinin əlavə edilməsi nəzərdə tutulur. Qeyd olunub ki, sənəd "Nağdsız hesablaşmalar haqqında" Qanunun icrası ilə əlaqədar hazırlanıb və uyğunlaşdırma məqsədi daşıyır.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Milli Məclisin 2023-cü il yaz sessiyasının sonuncu plenar iclası başa çatıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova