BMT-nin İnkişaf Proqramı ilə səhiyyə üzrə birgə layihələr müzakirə edilib

BMT-nin İnkişaf Proqramı ilə səhiyyə üzrə birgə layihələr müzakirə edilib

Səhiyyə Nazirliyində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Keyrosla görüş keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səhiyyə naziri Teymur Musayev Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayıb, bildirib ki, “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ikitərəfli əməkdaşlığın strateji istiqamətlərini müəyyən edir: “Sayca beşinci olan Çərçivə Sənədinin icrası nəticəsində BMT ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq səviyyəsinə yüksəlib”.
Nazir Azərbaycanla BMT-nin İnkişaf Proqramı arasında bir sıra sahələrdə, o cümlədən səhiyyə sahəsində səmərəli əməkdaşlığın olduğunu diqqətə çatdırıb: “Azərbaycanda universal tibbi təminatın təşkili və milli səhiyyə sisteminin pandemiya və kəskin xəstəliklərə qarşı dayanıqlılığının artırılması əməkdaşlığımızın əsas istiqamətlərindən biridir. Bundan əlavə, Azərbaycanın BMT-nin İnkişaf Proqramı ilə uğurlu tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələr Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edir”.
Öz növbəsində, BMT İP-nin Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Keyros gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib. Bildirib ki, son illər Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi məqsədilə islahatların aparılması və tibbi xidmətlərlə hərtərəfli əhatəyə nail olunması istiqamətində mühüm işlər görülüb. Nuno Keyroz həmçinin 44 gün davam edən Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə tibb müəssisələrinin yaradılmasında BMT-nin İnkişaf Proqramının köməyini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə tərəflər səhiyyə informasiya sistemlərinin təkmilləşdirilməsi, ilkin səhiyyə xidmətinin gücləndirilməsinə dəstək, yoluxucu xəstəliklərlə mübarizə sahəsində əməkdaşlıq istiqamətlərində yeni birgə layihələrin həyata keçirilməsi və maraq doğuran digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparıblar.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova