Pandemiya dövründə Azərbaycanın İraqa humanitar dəstəyi minnətdarlıqla xatırlanıb

Pandemiya dövründə Azərbaycanın İraqa humanitar dəstəyi minnətdarlıqla xatırlanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə olmaqdan məmnunluğunu bildirən Əbdüllətif Camal Rəşid Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə dəvətə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.
İraq Prezidenti Qoşulmama Hərəkatının indiki dövrdə beynəlxalq münasibətlərdə xüsusilə çox böyük rola malik olan bir təsisat olduğunu deyib.
İraq Prezidentinə ölkəmizə səfər etdiyinə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin başa çatmaq ərəfəsində olduğunu qeyd edib, sədrlik dövründə ölkəmizin Hərəkatın inkişafı naminə səylərini əsirgəmədiyini, onun təsisatlanması ilə bağlı bir sıra təşəbbüslər irəli sürdüyünü söyləyib, bu xüsusda Hərəkatın parlament və gənclər şəbəkəsinin yaradılmasını qeyd edib. Dövlətimizin başçısı Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının 3-cü Zirvə toplantısının da ölkəmizdə keçirildiyini vurğulayıb.
Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilmiş Sammitində iştirakını məmnunluqla xatırlayıb, Azərbaycanın Ərəb dövlətləri ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib.
İraq Prezidenti ölkəsinin Azərbaycanla münasibətləri daha da möhkəmləndirməkdə maraqlı olduğunu deyib, əməkdaşlığımızı genişləndirmək üçün yaxşı imkanların mövcudluğunu qeyd edib.
Əbdüllətif Camal Rəşid İraqın üzləşdiyi problemlər və təhlükəsizliyə təhdid yaradan hallar barədə məlumat verib, ölkəsinin artıq sabitlik mərhələsinə qədəm qoyduğunu bildirib.
Azərbaycan Prezidenti ölkələrimizin beynəlxalq təşkilatlarda yaxından əməkdaşlıq etməsi üçün geniş imkanların olduğunu deyib, bu xüsusda OPEC+ və digər formatları qeyd edib.
Pandemiya dövründə Azərbaycanın Qoşulmama Hərəkatına üzv dövlətlərə, həmçinin İraqa humanitar dəstək göstərməsi xatırlanıb.
Azərbaycan Prezidenti İraq dövlətinin başçısını ölkəmizə həmçinin rəsmi səfərə dəvət edib. Əbdüllətif Camal Rəşid dəvəti məmnunluqla qəbul edərək, öz növbəsində dövlətimizin başçısını İraqa səfərə dəvət edib.
Söhbət əsnasında dövlət başçıları sərmayələr, enerji, tikinti, nəqliyyat, təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər. İkitərəfli iqtisadi ticarət balansının genişləndirilməsinin və işgüzar dairələrin nümayəndə heyətlərinin səfərlərinin təşkil olunmasının əhəmiyyəti vurğulanıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova