Səhiyyə Nazirliyinin rəhbərliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib

Səhiyyə Nazirliyinin rəhbərliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Səhiyyə Nazirliyinin rəhbər şəxsləri Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış Xocalı soyqırımı abidəsini ziyarət ediblər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin rəhbər şəxsləri abidənin önünə gül dəstələri qoyublar, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. Şəhərin 613 sakini, o cümlədən 63 uşaq, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilib. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Girov götürülən 1275 nəfərdən 197-nin taleyi indiyədək məlum deyil.
Xalqımız bu faciəni heç vaxt unutmayacaq.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova