Səhiyyə naziri Türkiyə Qadın Sağlamlığı Dərnəkləri Federasiyasının sədri ilə görüşüb

Səhiyyə naziri Türkiyə Qadın Sağlamlığı Dərnəkləri Federasiyasının sədri ilə görüşüb

Səhiyyə Nazirliyində Türkiyə Qadın Sağlamlığı Dərnəkləri Federasiyasının sədri, professor Gürkan Uncunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdən məmnunluğunu bildirən səhiyyə naziri Teymur Musayev bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də ölkələrimiz arasında əməkdaşlığın nümunəvi olduğunu diqqətə çatdırıb: “Səhiyyə nazirlikləri arasında rəsmi münasibətlərin qurulması ölkəmizin müstəqilliyinin ilk illərinə təsadüf edir. Əməkdaşlığın hüquqi bazası 1994-cü il fevralın 9-da nazirliklər arasında imzalanmış “Səhiyyə və tibb elmi sahəsində ikitərəfli əməkdaşlıq Protokolu” ilə formalaşıb. Əməkdaşlıq əlaqələri sonradan daha üst səviyyəyə qaldırılaraq “Səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində davam etdirilib”.
Nazir qeyd edib ki, Azərbaycanda uşaqların sağlamlığı prioritet məsələdir: “Ölkəmizdə uşaq sağlamlığının qorunması sahəsində ardıcıl və davamlı tədbirlər görülür. 2006-cı ildən başlayaraq indiyədək səhiyyənin prioritet məsələlərindən biri olan ana və uşaqların sağlamlığı sahəsində bir-birinin ardınca bir neçə Dövlət Proqramı və qanunvericilik aktları qəbul edilib”.
Səhiyyə naziri həmçinin ötən ilin oktyabrında İstanbulda keçirilən Türk Tibb Dünyası Konqresini xatırladıb: “Konqres çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirləri ilə bəzi mühüm məsələləri müzakirə etdik. Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndə heyəti bir neçə mühüm təklif irəli sürüb. Bunlardan biri də “TDT ölkələrinin Vahid tibb təhsili standartlarının yaradılması” idi. Bu təkliflər təşkilata üzv ölkələrin səhiyyə nazirləri tərəfindən müsbət qiymətləndirilib”.
Teymur Musayev çıxışında Səhiyyə Nazirliyinin Türkiyə Qadın Sağlamlığı Dərnəkləri Federasiyası ilə əməkdaşlığının yeni müstəviyə qaldırılmasında maraqlı olduğunu söyləyib.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən professor Gürkan Uncu Bakıda təşkil olunan "Azərbaycan-Türkiyə Qadın Sağlamlığı Dərnəkləri Konqresi"nin gələcək əməkdaşlığa böyük töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüş zamanı əməkdaşlığı inkişaf etdirmək barədə müzakirələr aparılıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova