Dövlət başçısı dərmanların qiymətlərinin tənzimlənməsi barədə Fərman verdi

Dövlət başçısı dərmanların qiymətlərinin tənzimlənməsi barədə Fərman verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” özünün 6 fevral 2007-ci il tarixli 528 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Bu sənədə əsasən, adı çəkilən 528 nömrəli Fərmanın “Dərman vasitələri haqqında” Qanuna 16 dekabr 2014-cü il tarixdə edilmiş dəyişikliklərə uyğunlaşdırılması məqsədilə müəyyən əlavələr olunub.
Fərmanda Nazirlər Kabinetinə tapşırılıb ki, iki ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb ölkə başçısına təqdim etsin, eləcə də “Dərman vasitələri haqqında” Qanunun 4.6-cı maddəsinə uyğun olaraq, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin.
Sənəddə həmçinin Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasına göstəriş verilir ki, “Dərman vasitələri haqqında” Qanunun 4.5-ci maddəsinə uyğun olaraq, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsini üç ay müddətində təmin etsin.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova