Şəhid həkim təltif edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Sərəncam imzalayıb.
Sənədə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu ölümündən sonra orden və medallarla təltif edilib.
O cümlədən, 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunanlar arasında tibb xidməti leytenantı Azər Elyas oğlu Şəmilov da var.