BMT PA iclasında COVID-19 üzrə qanunvericilik sahəsində görülmüş tədbirlər müzakirə edilib
Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (PA) 51-ci plenar iclası keçirilib.
Milli Məclisdən verilən məlumata görə, videokonfrans formatında keçirilən tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan nümayəndə heyətləri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
İclasda Azərbaycanı Milli Məclisin sədri, MDB PA-da nümayəndə heyətimizin rəhbəri Sahibə Qafarova təmsil edib.
Virtual toplantıda COVID-19 pandemiyası ilə əlaqədar MDB iştirakçısı olan dövlətlərdə qanunvericilik sahəsində görülmüş tədbirlər müzakirə edilib. Həmçinin Avrasiya məkanında iqtisadi inteqrasiyanın vəziyyəti, perspektivləri və normativ-hüquqi təminatı, 2021-ci ildə MDB ölkələrinin dövlət orqanlarına keçiriləcək seçkilərin müşahidəsinə hazırlıq, MDB PA-nın AŞPA ilə əməkdaşlığının istiqamətləri və digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.