Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
Nazirlər Kabineti yanında Operativ Qərargahın 30 aprel 2020-ci il tarixinə dünyada və Azərbaycanda yeni koronavirus infeksiyası ilə bağlı vəziyyətə dair məlumatında bildirilir ki, həmin gün Azərbaycan Respublikasında koronavirus infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertenziya xəstəliyi olan 1951-ci il təvəllüdlü vətəndaş vəfat edib.
Ümumilikdə, göstərilən tarixədək olan dövrdə ölkəmizdə 1804 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1325 nəfər müalicə olunaraq sağalıb, 24 nəfər vəfat edib. 455 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir, onlardan 17 nəfərin vəziyyəti ağır, 24 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 143 079 test aparılıb.
Ümumdünya Səhiyyə Təşkilatının həmin tarixə olan məlumatına görə, dünyada 3 301 792 nəfər koronavirusa yoluxub, 1 038 084 nəfər sağalıb, 233 729 nəfər isə bu xəstəlikdən vəfat edib.
Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirməyə çağırırıq.
Qeyd: Qəzetdəki digər materiallarda dünyada və Azərbaycanda COVID-19 virusu ilə bağlı verilən rəqəmlər həmin məqama olan vəziyyəti əks etdirir.