Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onkoloji xəstə uşaqlara baş çəkib
![Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onkoloji xəstə uşaqlara baş çəkib](/uploads/posts/2020-03/1583826899_1581690475638136453_1000x669.jpg)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ərəfəsində onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb.
Milli Onkologiya Mərkəzinin nəzdindəki Uşaq Onkologiya Klinikasında keçirilən görüş zamanı Leyla Əliyeva uşaqların səhhəti və müalicələrinin gedişi ilə maraqlanıb.
Klinikada müalicə olunan uşaqlara hədiyyələr təqdim edilib.